Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün “Gəncə” ilə “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada meydan sahibləri yeni transferlərinin uğurlu çıxışı sayəsində rəqibi üzərində 92:78 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Cordan Endryus (24 xal, 10 ribaund), “AAAF Xırdalan”dan Endryu Korum (21 xal, 12 ribaund) olublar.
Daha öncə NTD də “Zirvə” (Astara) üzərində 92:79 hesablı qələbəyə sevinmişdi. Bu turun “Olimpik” (Şəki) – “Sərhədçi” oyunu sabah, “Sabah” – “Neftçi” İK görüşü isə fevralın 13-də keçiriləcək.