“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının bu mövsüm üçün bombardirlər siyahısında vahid lider olub.
Sportarena.az xəbər verir ki, o, buna Premyer Liqanın 22-ci turunda “Sabah"la matçda (1:1) qol vuraraq nail olub.
Bununla da millimizin üzvü ölkə çempionatında bu mövsüm vurduğu qolların sayını 16-ya yüksəldib və komanda yoldaşı Ramil Şeydayevi (15 qol) geridə qoyub.
Qeyd edək ki, oyun bitəndən sonra “Qarabağ” matçın nəticəsini Musa Qurbanlının taxtda oturduğunu əks etdirən şəkillə paylaşıb.