“Qarabağ”ın rəqibi səfərdə xal itirdi

10:29 12 Fevral 2023

Futbol üzrə Belçika çempionatında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

 

Sözügedən komanda səfərdə “Vesterlo” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi altı qolun qeydə alındığı bu oyundan 1 xalla ayrılıb – 3:3.

 

“Gent” hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.

 

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti