"Qarabağ" Azərbaycan Premyer Liqasının 22-ci turunun oyununda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin qolunun müəllifi Musa Qurbanlı matçdan sonra "CBC Sport" kanalına açıqlama verib. 16 qolla çempionatın bombardiri olan 20 yaşlı forvard yaxşı oyun nümayiş etdirdiklərini deyib:
"Komandanın oyununu çox yaxşı dəyərləndirirəm, xüsusilə, ilk hissədə. Qış fasiləsindən sonra bəzi matçlarda istədiyimiz kimi oynaya bilmədik. Lakin bu qarşılaşmada komanda olaraq aqressiv, kompakt oynadıq. Hər şey çox gözəl alındı. Şükürlər olsun, yaxşı mübarizə apardıq.
Hələ mövsümün sonuna çox var. Bombardirlik haqda düşünmürəm. Diqqətim növbəti matçdadır. Daha çox qollarla komandama kömək eməyə çalışacam".