Futbol üzrə İsveçrə çempionatında 20-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Servet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.
“Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.