Voleybol: Növbəti oyunların vaxtı məlum oldu

19:01 12 Fevral 2023

Voleybol üzrə qadınlar arasında Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, 3-cü dövrənin matçlarına fevralın 13-də start veriləcək.

 

Voleybol Mərkəzində təşkil olunacaq 7-ci turun ilk görüşü saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq.

 

Bu qarşılaşmadan iki saat sonra “Abşeron” – UNEC dueli start götürəcək.


Xəbər xətti