Belçikada “Vinkel Sport”un 25 yaşlı qapıçısı Arne Espil “Vestrozebek” komandası ilə oyun zamanı vəfat edib.
Sportarena.az xəbər verir ki, Espil penaltini dəf edib, lakin bundan dərhal sonra özünü pis hiss edib və huşunu itirərək ot örtüyünə yıxılıb. Bundan sonra matç dayandırılıb. Qapıçıya meydançada, o cümlədən defibrilatordan istifadə etməklə ilkin tibbi yardım göstərilib. Espil xəstəxanaya aparılarkən, yolda ölüb.
“Bu, bizim üçün faciə və şokdur. Arne bütün həyatı boyu klubda olub və onu çox sevirdilər. O, əla oğlan idi, həmişə mehriban və yardımsevər idi. Bu, həqiqətən ağır zərbədir. İlk növbədə onun ailəsi üçün, həm də hamımız üçün” – “Vinkel Sport” klubunun idman direktoru Patrik Rotsart bildirib.