Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.
Sportarena.az xəbər verir ki, yığma finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.
Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi.
Komanda 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:37 hesabı ilə üstələyib.