"Oyuna çətin vəziyyətdə hazırlaşmışdıq. Məcburiyyətdən Bakıda məşq keçirdik".
Sportarena.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
39 yaşlı mütəxəssis hər iki hissədə yaxşı oyun sərgilədiklərini söyləyib:
"Amma qol vura bilmədik. Qarşılaşmanın önəmli olduğunu dərk edirdik. Artıq növbəti görüşlərə hazırlaşacağıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizi tək buraxmayan azarkeşlərə minnətdaram. Hər matçda diqqətli olmalıyıq. Çünki rəqib komandaların heyətində təcrübəli yerli və əcnəbi futbolçular var. Gənc kollektivik. Hər qarşılaşmada xal toplayıb çempionatda qalmalıyıq".