“Lans” Lion səfərindən xalsız döndü

09:53 13 Fevral 2023

Fransa çempionatında 23-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

 

Oyunların böyük əksəriyyəti meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Yalnız “Anje” – “Oser” matçı bərabərliklə bitib.

 

Bu nəticələrdən sonra 54 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 49 xalla ikinci, “Monako” 47 xalla üçüncü pillədə qərarlaşıb. “Lans”ın 46, “Lill”in 41, “Renn”in 40 xalı var.

 

Fransa, Liqa 1

23-cü tur

12 fevral

Tuluza – Renn 3:1

Qol: Ratao, 27. Abuxlal, 28. Dallinqa, 37 – Ruo, 55-öz qapısına.

 

Anje – Oser 1:1

Qol: Raveloson, 2-öz qapısına – Ablin, 22-pen.

 

Lill – Strasburq 2:0

Qol: David, 23-pen; 26.

 

Monpelye – Brest 3:0

Qol: Herell, 4-öz qapısına. Savanye, 17. Vahi, 54.

 

Reyms – Trua 4:0
Qol: Munetsi, 10. Maolida, 44. Baloqun, 50. Kayuste, 82.

 

Nant – Loryan 1:0

Qol: Blas, 66.

 

Olimpik (Lion) – Lans 2:1

Qol: Lakazette, 23. Şerki, 64 – Maçado, 39.


Digər xəbərlər

Xəbər xətti