“Bayer”in rusiyalı qapıçısı Andrey Lunyov bu ilin yayında “Qarabağ”a keçə bilər.
Sportarena.az “RB Sport”-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı futbolçunun agenti Anton Smirnov açıqlama verib.
O, bütün variantların 2022/23 mövsümünün sonunda nəzərdən keçiriləcəyini deyib:
“BASE agentliyi ilə əməkdaşlıq müqaviləsi bağladıq. Böyük Britaniyadan təkliflər gözləyirik. Türkiyə variantı qalır. Eyni zamanda, “Qarabağ”ı da istisna etmirəm”.
Andrey Lunyovun Ağdam təmsilçisinə keçidi zədə səbəbindən reallaşmayıb.