“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Aston Villa”nı 3:1 hesabı ilə məğlub etdikləri XXIII tur oyununda buna nail olub.
Qvardiola “şəhərlilər”lə 250-ci matçında 184-cü qələbə sevincini yaşayıb. Bu isə çempionatın ilk 250 qarşılaşmasında ən çox qələbədir. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun rekordunu yeniləyib. Almaniyalı “qırmızılar”ın sükanı arxasında ilk 250 görüşdə 160 qalibiyyət əldə edib.
Bu baxımdan Joze Mourinyo (158 qələbə) üçüncü, Aleks Ferqyuson (152) dördüncü, Arsen Venger (146) isə beşinci pillədədir.
Qeyd edək ki, “Mançester Siti” hazırda 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.