PSJ-də ara qarışdı – Neymar klub rəsmisi ilə mübahisə etdi

11:54 13 Fevral 2023

PSJ Fransa çempionatının 23-cü turunda “Monako”ya məğlub olub (1:3).

 

Sportarena.az “RMC Sport”-a istinadən xəbər verir ki, həmin matçdan sonra paytaxt təmsilçisinin hücumçusu Neymar klubun idman direktoru Luis Kamposla mübahisə edib.

 

Öncədən “sambaçı”nın “Monako” ilə görüşdə Paris təmsilçisinin bəzi futbolçularının oyun tərzindən narazı olduğu bildirilirdi.

 

PSJ hazırda Liqa 1-də 54 xalla liderdir. “Monako” isə 47 xalla ilk üçlüyü tamamlayır.


Digər xəbərlər

Xəbər xətti