“Yuventus” İtaliya A Seriyasının 22-ci turunda “Fiorentina”nı məğlub edib (1:0). Matçda yeganə qolu Adrien Rabyo vurub.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu cari mövsümdə hücumçu Duşan Vlahoviçlə eyni sayda – 6 qol vuraraq, ev oyunlarında ən çox qol vuran oyunçu olub.
Rabyo 2022/23 mövsümündə “qoca sinyora”nın heyətində 24 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 29 xalla 9-cu pilləsində yer alır.