Türkiyədə baş verən zəlzələ daha bir idmançının ölümünə səbəb olub.
Sportarena.az xəbər verir ki, Türkiyənin 3×3 basketbol yığma komandasının üzvü Nilay Aydoğanın cəsədi dağıntıların altından çıxarılıb.
Məlumatı Türkiyə Basketbol Federasiyası yayıb.
Aydoğan son olaraq “Çankaya Universiteti” komandasında çıxış edib. O, Malatyaya nənəsini ziyarət etmək üçün gedib və zəlzələ nəticəsində onların olduğu ev dağılıb.