“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının “Kremoneze” ilə görüşünü (3:0) şərh edib.
Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, ilk hissədə rəqib müdafiəçilərin taktiki gedişlərdən istifadə etdiyini deyib:
“Neapol şəhəri və azarkeşlər bizi ayaqda saxlayır. Çünki hər kəs qalib gəlməyi ürəkdən arzu edir. Oyunun ilk hissəsində bunu daha çox hiss etdik. Gərginlik var idi. Rəqib müdafiəçiləri taktiki gedişlərdən istifadə etdi və biz enerji sərf etməyə məcbur olduq. Fasilədən sonra daha yaxşı çıxış etdik. Ötürmələr də normal və qaydasında idi. Sakit oynadıq”.
Spaletti futbolçularını peşəkar adlandırıb:
“Futbolçularım özlərini çox fədakar hiss edirlər. Onlar yaxşı oğlandırlar. Eyni zamanda, çox peşəkardırlar. Hamısı komandaya kömək etmək üçün əllərindən gələni etməyə hazırdır. Onlar nəticə əldə etmək üçün özlərini məhv edə bilərlər. Komandamız dərk edir ki, nəticə önəmlidir”.
“Napoli” hazırda 59 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. “Kremoneze” isə 8 xalla sonuncudur.