"Arsenal"a qarşı oynamayacaq - "Mançester Siti"də Haaland şoku

17:50 13 Fevral 2023

İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haaland sıradan çıxıb. Norveçli forvard Premyer Liqanın 23-cü turunun "Aston Villa" ilə matçında zədələnib. 22 yaşlı futbolçu 24-cü turun "Arsenal"la oyununda iştirak etməyəcək.

 

Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" qarşılaşması 15 fevral tarixində, Bakı vaxtilə saat 23:30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti