Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin üzvü Mahir Emreli haqda açıqlama verib.
Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisinin rəsmi saytına danışan 69 yaşlı mütəxəssis 25 yaşlı forvardın daha çox oynaması üçün onu icarəyə verdiklərini deyib:
"Yazda mümkün qədər çox oyun keçirməsinin yaxşı olacağını düşündük. Buna görə də razılaşdıq ki, Emreli Türkiyəyə getsin".
Qeyd edək ki, Mahir Emreli mövsümün sonuna kimi icarə əsasında Türkiyənin "Konyaspor" klubunda çıxış edəcək. Super Liqa təmsilçisinin transferi bu gün açıqlayacağı gözlənilir.