Yığmamız FIFA reytinqindəki mövqeyi dəyişmədi

18:32 13 Fevral 2023

Milli komandaların növbəti FIFA reytinqi müəyyənləşib.
 
Sportarena.az xəbər verir ki, Afrika Millətlər Çempionatından sonra reytinqdə yenilənmə olub.
 
Baş tutan matçların Azərbaycan millisinin mövqeyinə təsiri olmayıb. Yığmamız 121-ci sıradakı yerini qoruyub. Canni de Byazinin yetirmələrinin aktivində 1151 xal var.
 
Azəbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən İsveç və Avstriya 1 pillə irəliləyib. İsveç 22-ci, Avstriya isə 33-cü yerə yüksəlib.
 
Reyinqin ilk 3 pilləsində dəyişiklik olmayıb. Braziliya 1-ci, Argentina 2-ci, Fransa 3-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti