Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Emre Çolak peşəkar karyerasını bitirdiyini elan edib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Emrenin bu qərarı bir qədər gözlənilməz olub. Çünki o, ötən ayın 27-də İspaniyanın 3-cü liqasında mübarizə aparan “İntersiti” ilə müqavilə bağlamışdı. Amma o, bu komandada cəmi 1 oyun keçirdikdən sonra futboldan getmək qərarına gəlib.
Çolak “Qalatasaray”ın yetirməsidir. O, İstanbul təmsilçisinin əsas komandasında 180 oyuna 19 qol vurub. Türkiyədə “Fatih Karagümrük”, “Hatayspor”, “Başakşəhər” və “Göztəpə”də də oynamış futbolçu İspaniyada “Deportivo”nun, Səudiyyə Ərəbistanında “Əl-Vəhda”nın da formasını geyinib. O, Türkiyə yığmasında 4 oyuna çıxıb.