Yüksək Liqa: "Azərreyl" və "Abşeron" qalib gəldi

20:31 13 Fevral 2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.

 

Sportarena.az xəbər verir ki, VII turun ilk oyununda "Azərreyl" "Murov"u 3:0 (25:22, 25:20, 25:18) hesabı ilə məğlub edib.

 

Günün ikinci matçında "Abşeron" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:10, 25:05, 25:07).

 

Hazırda 17 xala malik "Azərreyl" liderdir. "Abşeron" 15 xalla ikinci, "Murov" 10 xalla üçüncü sıradadır. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.


Digər xəbərlər

Xəbər xətti