"Napoli"nin baş məşqçisi Luçano Spaletti iş yerini dəyişməyə yaxındır.
Sportarena.az "Calciomercatoweb.com" a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Liverpul"a rəhbərlik edə bilər.
Belə ki, Mersisayd təmsilçisi Yurgen Kloppla yollarını ayırarsa, Spaletti bu posta təyin olunacaq. Hazırda "Liverpul" İngiltərə Premyer Liqasında 10-cu pillədədir.
Klub rəhbərliyi almaniyalının işindən narazıdır və onunla yollarını ayırmağı planlaşdırır.