Zəlzələ: Türkiyə yığmasının kapitanı ölüb

10:17 14 Fevral 2023

Həndbol üzrə Türkiyə milli komandasının kapitanı Cemal Kütahya da “əsrin faciəsi” adlandırılan zəlzələ zamanı dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

32 yaşlı həndbolçunun oğlu Çınar Kütahya da atası ilə birgə Antakyada yaşadığı evin dağıntıları altında qalıb. Cemal Kütahyanın həyat yoldaşı isə hələ də tapılmayıb. Axtarışların davam etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti