“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Arsenal”la oyundan öncə gözləntilərini bölüşüb.
Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, London klubu ilə xal fərqini azaltdıqlarını vurğulayıb:
“Londona qələbə üçün gedəcəyik. Komanda mövsümün birinci yarısında 50 xal toplayırsa, bu, onun çox güclü olması ilə bağlıdır. “Arsenal”ın “Brentford”la oyunda xal itirməsindən sonra biz “Aston Villa” ilə görüşdə vacib üç xal qazandıq və fərqi azalda bildik”.
Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlində 51 xalla liderdir. “Şəhərlilər” isə 48 xalla ikinci sırada qərarlaşıb.
“Arsenal” – “Mançester Siti” matçı fevralın 15-də keçiriləcək.