Böyük Britaniyanın nüfuzlu “Opta” nəşri 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında çempionluq şanslarını açıqlayıb.
Sportarena.az xəbər verir ki, hazırda turnir cədvəlinin lideri olan “Arsenal”ın çempionluq şansı 49.18 faiz, paytaxt təmsilçisindən 3 xal geri qalan “Mançester Siti”nin imkanları isə 48.94 faiz olaraq dəyərləndirilib.
Xatırladaq ki, İngiltərə çempionatının 12-ci turundan təxirə salınan “Arsenal” – “Mançester Siti” matçı fevralın 15-də keçiriləcək.