Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında 11-ci turun görüşləri reallaşacaq.
Sportarena.az xəbər verir ki, sonuncu turdan sonra qalibin adı bəlli olacaq.
Hazırda 6,5 xala malik şahmatçılardan Səbinə İbrahimova, Gövhər Beydullayeva və Xanım Balacayeva müvafiq olaraq ilk “3-lük”də yer alırlar. 5,5 xalı olan Nərmin Abdinova 4-cü, ondan yarım xal az toplayan Ayan Allahverdiyeva 5-ci pillədədir.
Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir. Ləman Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nurtan Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.
Azərbaycan çempionatı
11-ci tur
Nərmin Abdinova – Xanım Balacayeva
Gövhər Beydullayeva – Zeynəb Məmmədyarova
Gülnar Məmmədova – Ayan Allahverdiyeva
Xəyalə Abdulla – Ləman Hacıyeva
Türkan Məmmədyarova – Nurtan Nuriyeva