“Sabah”dan ayrılıb Belarus klubuna keçib

11:28 14 Fevral 2023

Qış transfer pəncərəsində “Sabah”dan ayrılan Aleksandr Neçayev karyerasını ölkəsi Belarusda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı qapıçı “Minsk” klubu ilə müqavilə imzalayıb.

 

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Belarusun gənclər millisinin sabiq üzvü ilə 1 illik sözləşmə imzalandığını açıqlayıb.

 

Qeyd edək ki, “Sabah”a 2022-ci ilin yanvarında “Rux”dan keçən Aleksandr Neçayev cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti