"Bayern" PSJ-ni, "Milan "Tottenhem"i məğlub etdi – YENİLƏNİB + VİDEO

01:58 15 Fevral 2023

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, 1/8 finalın ilk iki oyunu bu gün keçirilib.

 

Mərhələnin maraqla gözlənilən matçı Parisdə olacaq. 2019/2020 mövsümünün finalçıları – PSJ və “Bayern” üz-üzə gəlib. Almaniya təmsilçisi matçdan qalib ayrılıb - 0:1.

 

Digər qarşılaşmada İtaliya çempionu “Milan” İngiltərənin “Tottenhem” komandasını qəbul edib. Ev sahibi minimal hesabla qalib gəlib - 1:0.

 

1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.

 

Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

14 fevral

PSJ (Fransa) 0:1  Bayern (Almaniya) (yekun)

Qol: K. Koman 53

Baş hakim: Maykl Oliver (İngiltərə)

Paris. “Park De Prens” stadionu

 

Milan (İtaliya) 1:0 Tottenhem (İngiltərə) (yekun)

Qol: B. Dias 7

Baş hakim: Sandro Şerer (İsveçrə)

Milan. “San Siro” stadionu


Digər xəbərlər

Xəbər xətti