"Çox xoşbəxtəm" - Depay

13:44 14 Fevral 2023

“Atletiko”nun hücumçusu Memfis Depay İspaniya La Liqasının 21-ci turunun “Selta” ilə matçından sonra (1:0) danışıb.

 

Sportarena.az “Sky Sport”-a istinadən xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan niderlandlı futbolçu paytaxt təmsilçisində çox xoşbəxt olduğunu deyib:

“Çox xoşbəxtəm. Mən bu gözəl kluba mümkün qədər çox qol vurmaq üçün gəlmişəm. Komandanın vacib fiquruna çevrilməliyim. Bunun üçün daha çox fərqlənməliyəm”.

 

Qeyd edək ki, 29 yaşlı oyunçu 2021-2023-cü illərdə “Barselona”da çıxış edib. O, 2023-cü ilin yanvarında “Atletiko”ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti