Mahir Emreli Türkiyə klubunda – RƏSMİ

13:52 14 Fevral 2023

Azərbaycanlı futbolçu Mahir Emrelinin Türkiyə klubu “Konyaspor”a transferi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat verib.

 

26 yaşlı forvard Konya təmsilçisinə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan mövsümün sonuna qədər icarə əsasında keçib. Klub Emreli də daxil olmaqla, yeni transferləri üçün yaxın günlərdə MEDAŞ Konya Büyükşehir Stadionunda təqdimat mərasimi keçirəcək.

 

Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Konyaspor” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna sahibdir.


Digər xəbərlər

Xəbər xətti