“Bu problemi aradan qaldırmaq istəyirəm” – Konte

15:27 14 Fevral 2023

“Tottenhem”in baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Milan”la oyunundan öncə gözləntilərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Tottenhem”in cari mövsümdə sabit çıxış etmədiyini deyib:

“Biz bu mövsüm sabit çıxış etmirik. Həmişə futbolçularımla bu mövzuda danışıram. Hər matça diqqətimizi yönəltməliyik. Daim təzyiq altında oynamaq bəzi futbolçular üçün yaxşıdır, bəziləri üçün isə yox. Futbolçularımı daha da dözümlü etməyə çalışıram. Lakin bizim də nəzarət edə bilmədiyimiz məqamlar var. Məsələn, mühüm futbolçuların zədələnməsi.

Çox vacib hədəfləriniz varsa, sabit çıxış etməlisiz. Eniş-yoxuşları aradan qaldırmalıyıq. Hər dəfə buna diqqət yetirirəm. Bu problemi aradan qaldırmaq istəyirəm. Hər matçda buna köklənmək asan məsələ deyil”.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan” – “Tottenhem” cütünün ilk qarşılaşması bu gün İtaliyada, cavab oyunu isə martın 9-da İngiltərədə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti