Rusiyanın "Ximki" klubunun əvəzedici heyətini çalışdıran Nazim Süleymanovun köməkçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssisə Emin Ağayev kömək edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Milli komandamızın sabiq üzvü olan Emin Ağayev bundan əvvəl "Ximki"nin U-19 komandasında da Nazim Süleymanovun köməkçisi olmuşdu