Türkiyə Super Liqasında iştirakını dayandıran klubların futbolçularına mövsümün sonuna kimi başqa kluba keçmək üçün icazə verilib.
Sportarena.az xəbər verir ki, "Qaziantep"in qapıçısı Günay Güvenç "Qalatasaray"a keçməyə yaxındır. "Sarı-qırmızılar" 31 yaşlı "əlcək sahibi" üçün Qaziantep təmsilçisinə rəsmi təklif göndərib. Keçidin yaxın günlərdə açıqlanacağı bildirilir.
Günay Güvenç 2018-ci ilin yayından "Qaziantep"də çıxış edir. Təcrübəli qolkiper cari mövsümdə komandanın heyətində 23 matçda meydana çıxıb.
Qeyd edək ki, "Qaziantep" və "Hatayspor"Türkiyə baş vermiş zəlzələdən əziyyət çəkdiyi üçün Super Liqada iştiraklarını dayandırıblar.