Xosep Qvardiola Cerarddan üzr istəyib

18:33 14 Fevral 2023

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Liverpul"un sabiq futbolçusu Stiven Cerarddan üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Sky Sports" nəşrinə açıqlamasında bu addımı etdiyi zarafata görə atdığını bildirib.

52 yaşlı baş məşqçi hərəkətinə görə utandığını etiraf edib:

"Son mətbuat konfransındakı axmaq şərhlərimə görə Cerrarddan üzr istəyirəm. Həqiqətən utanıram, Stiven buna layiq deyil. Şəxsən özündən üzr istəmişəm, amma bunu ictimaiyyət qarşısında da etməyə qərar verdim. Təkcə ondan deyil, bütün ailəsindən üzr istədim".

 

Xosep Qvardiola mətbuat konfransında Cerardı nəzərdə tutaraq, jurnalistlərə sual verib:

"Onun 2014-cü ildə "Çelsi"yə qarşı matçda yıxılmasının günahkarı da "Mançester Siti" olub"?


Digər xəbərlər

Xəbər xətti