“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Ruben Baraxa çalışdıracaq.
Bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Futbolçu karyerası dönəmində də “Valensiya”da oynamış Baraxa, vaxtilə bu klubun yeniyetmələrdən və gənclərdən ibarət komandalarında məşqçi kimi də çalışıb. O, “Elçe”, “Rayo Valyekano”, “Spotinq” (Xixon), “Tenerife” və “Saraqosa”da baş məşqçilik edib.
Baraxa “Valensiya”da ötən ay istefaya göndərilmiş Cennaro Qattuzonu əvəz edib. Komanda bu mövsüm La Liqada keçirdiyi 21 oyunda cəmi 20 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.