İspaniya "Barselona"sı zəlzələdən əziyyət çəkən Türkiyə və Suriya üçün yardım çağırışı edib.
Sportarena.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
Videoda baş məşqçi Xavi Ernandeslə yanaşı, bir neçə futbolçunun fikrinə yer verilib. Komanda üzvləri dünya ictimaiyyətini sözügedən ölkələrdə baş vermiş dəhşətli zəlzələyə biganə qalmamağa çağırıblar.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər həlak olub, 105 505 nəfər isə yaralanıb.