Futboldan ömürlük kənarlaşdırılan federasiya prezidentinin cəzası ləğv edilib

10:17 15 Fevral 2023

İdman Arbitraj Məhkəməsi (CAS) təcavüzə görə ömürlük diskvalifikasiya alan Haiti Futbol Federasiyasının (FHF) sabiq prezidenti İv Jan-Bartın cəzasını ləğv edib.

 

Sportarena.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, funksionerin qərardan verdiyi apellyasiya şikayəti təmin olunub.

 

Məhkəmə FIFA-nın təqdim etdiyi dəlillərdə uyğunsuzluq aşkarlayıb, zərərçəkmişlər və şahidlərin ifadələrində qeyri-dəqiqliklər qeydə alınıb. Bu səbəbdən qurum sübutların yetərli olmadığı qənaətinə gəlib.

 

Qeyd edək ki, FIFA 2020-ci ilin noyabrında İv Jan-Bartın futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyub.


Digər xəbərlər

Xəbər xətti