2025-ci ildən etibarən yeni formatda keçiriləcək klublararası dünya çempionatında konfederasiya kvotaları bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə FIFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qərara əsasən, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 12, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) 6, Asiya Futbol Konfederasiyası (AFK), Afrika Futbol Konfederasiyası (CAF), Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsinin (KONKAKAF) hər biri 4, Okeaniya Futbol Konfederasiyası (OFC) 1 klubla təmsil olunacaq. Həmçinin, turnirin ev sahibinə bir yer ayrılacaq.
Qeyd edək ki, 2022-ci ilin dekabrında verilən qərara görə, 2025-ci ildən klublararası dünya çempionatında 32 komanda mübarizə aparacaq. Yeni formatda ilk turnir 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək.