Fransanın PSJ komandası 2023-cü ilin ilk 1,5 ayında 2022-ci ildəkindən daha çox məğlubiyyət alıb.
Sportarena.az xəbər verir ki, Paris təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə Almaniya "Bavariya"sına uduzub - 0:1.
Kristof Qaltyenin baş məşqçi olduğu kollektiv 2023-cü ildə bütün turnirlərdə 5 dəfə yenilib.
Hazırkı ölkə çempionu ötən il 4 dəfə (penaltilər və ya əlavə vaxtda məğlubiyyət nəzərə alınmayıb) məyus olub.
Qeyd edək ki, "Bavariya" və PSJ arasındakı cavab matçı sentyabrın 8-də olacaq.