ÇL: "Borussiya" "Çelsi"ni, "Benfika" "Brügge"ni məğlub etdi - YENİLƏNİB + VİDEO

01:54 16 Fevral 2023

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin bu gün daha iki oyunu keçirililib.

 

Sportarena.az xəbər verir ki, oyunlardan biri Almaniyada Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında baş tutub. Matç Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

 

Digər qarşılaşmada isə “Benfika” Belçikada turnirin sürpriz komandası “Brügge”nin qonağı olub. Qonaqlar rəqibini məölub edib - 0:2.

 

1/8 finalın ilk oyun günündə “Bayern” Fransada PSJ-yə, “Milan” isə evdə “Tottenhem”ə minimal hesabla qalib gəlib.

 

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

15 fevral

Borussiya Dortmund (Almaniya) 1:0 Çelsi (İngiltərə) (yekun)

Baş hakim: Xesus Gil Manzano (İspaniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

 

Brügge (Belçika) 0:2 Benfika (Portuqaliya) yekun)

Baş hakim: Davide Massa (İtaliya)

Brügge, “Yan Breydel” stadionu.


Digər xəbərlər

Xəbər xətti