“Gent”in futbolçusu Maykl Nqadye-Nqadjyui UEFA-nın rəsmi saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, Kamerun millisinin 33 yaşlı müdafiəçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışıb:
“Qarabağ” barədə çox şey bilmirəm. Bilirəm ki, “Qarabağ” hər il avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Onların çox yaxşı futbolçuları var. Əvvəlki matçlarından 2-3 maraqlı videotəkrara baxmağı bacardım. Çox sayda braziliyalıları var və topla yaxşı rəftar edirlər”.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.