“Gent”in hücumçusu Uqo Kuypers UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunu barədə danışıb.
Sportarena.az xəbər verir ki, 26 yaşlı belçikalı turnirin növbəti mərhələsinə çıxmaq istədiklərini dilə gətirib:
“Diqqətimizi “Qarabağ”la oyuna yönəltmişik. Mümkün qədər irəli getmək niyyətindəyik. Bir az şablon səslənir, ancaq bunu oyundan-oyuna, mərhələdən-mərhələyə edəcəyik.
Ölkə çempionatındakı son qarşılaşma avrokuboklarda mümkün olan ən yaxşı nəticəni əldə edə biləcəyimizə ümid verdi”.
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.