"Barselona" futbolçusunu 100 milyona satmağa hazırdır

11:54 15 Fevral 2023

"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

 

Sportarena.az "Caugh Offside" portalına istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalının xidmətində "Liverpul", "Arsenal" və "Mançester Yunayted" klubları maraqlıdır. 
 

Kataloniya təmsilçisi gənc ulduzunu 100 milyon avroya satmaq niyyətindədir. 
 

20 yaşlı hücumçu bu mövsüm Primeroda 20 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti