PSJ-nin baş məşqçisi Kristof Qalte UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə görüşünü (0:1) dəyərləndirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Bundesliqa klubunun çox təzyiq göstərdiyini bildirib:
“Əlbəttə, məyusam. Əvvəlcədən bilirdik ki, heç bir komanda bu gün qazanılacaq nəticə ilə növbəti mərhələyə keçməyəcək və ya mübarizəni dayandırmayacaq. “Bayern” çox təzyiq göstərdi.
Rəqib bizim daha çox tərləməyimizə səbəb oldu. Arxa xətdə olan oyunçulardan daha yaxşı istifadə etdik. “Bayern” qol vurmağa layiq idi. İlk 60 dəqiqədə yaxşı oynadılar. Sonra biz daha yaxşı oynadıq. Meydanda komanda oyunu sərgilədik və buna görə rəqibdən daha üstün olduq”.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də Münhendə keçiriləcək.