Kanada Boks Federasiyası bu qadınlar və kişilər arasında keçiriləcək dünya çempionatından imtina edib.
Sportarena.az TSN-ə istinadən xəbər verir ki, bu barədə qurum prezidenti Rayan Oşi açıqlamasında bildirib.
O, Rusiya və Belarus idmançıları öz bayraqları altında turnirlərə buraxıldığı üçün bu addımı atdıqlarını söyləyib. Federasiya rəhbəri olimpiya idman növü kimi boksun gələcəyi ilə bağlı ciddi narahatlıqlarının olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl ABŞ, Çexiya və İrlandiya da eyni addımı atıb. İngiltərə millisi isə qadınlar arasındakı mundiala qatılmaqdan imtina edib.
Bu il qadınların turniri martda Hindistanın paytaxtı Yeni Dehlidə, kişilərin yarışı isə mayda Özbəkistanın paytaxtı Daşkənddə gerçəkləşəcək.