"Azarkeşlər qarşısında özümü günahkar hiss edirəm" - Ramos

13:04 15 Fevral 2023

PSJ-nin müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya”ya evdə məğlubiyyətdən (0:1) sonra komandanın cavab oyununda daha yaxşı oyun göstərməli və daha yaxşı hücuma keçməli olduğunu bildirib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan ispaniyalı Münhen klubuna evdəki məğlubiyyət haqda bunları deyib:

"Azarkeşlər qarşısında özümü günahkar hiss edirəm. Cavab matçında daha çox xarakter göstərməli və daha çox hücuma keçməliyik. Qalib gəlmək və əlimizdən gələnin ən yaxşısını etmək üçün oynamaq istəyirik, amma bu futboldur. Bəzən yaxşı, bəzən pis oynayırsan və sonda hər şey müəyyənləşir. Nə qədər yaxşı oynasaq, bir o qədər təcrübəli olacağıq. Daha çoxunu əldə etmək istəyirik".


Digər xəbərlər

Xəbər xətti