“Gent” komandası “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə Belçika klubunun rəsmi “tvitter” hesabı paylaşım edib.
Bu gün saat 19:45-də “Gent”in baş məşqçisi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq. Cavab oyunu fevralın 23-də Gentdə olacaq.