Zəlzələ: Daha 4 voleybolçu vəfat edib

14:26 15 Fevral 2023

Daha dörd voleybolçu Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

 

“Rasus Kimya Hatay” klubunun oyunçularından Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlu vəfat edib.

 

Daha əvvəl də bir neçə voleybolçu zəlzələ nəticəsində ölmüşdü.

 

Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti