Emeri ÇL-in tarixinə düşdü

14:50 15 Fevral 2023

PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Bayern”lə qarşılaşıb (0:1).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Liqa 1 təmsilçisinin futbolçusu Uorren Zair-Emeri üçün əlamətdar olub.

 

O, qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində meydana çıxan ən gənc futbolçu olub. Fransalı bunu 16 yaş 343-cü günündə bacarıb.

 

Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern” – PSJ duelinin cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti