PSJ-nin aparıcı üzvü Əşrəf Hakimi zədələnib.
Sportarena.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ÇL-in 1/8 finalında "Bavariya" ilə ilk görüşündə (0:1) sıradan çıxıb.
Hakiminin əzələ yorğunluğu səbəbindən sıradan çıxdığı ehtimal olunur. Mərakeşli futbolçu ikinci hissənin əvvəllərində komanda yoldaşı ilə əvəzlənib.
Onun Münhendəki matçda meydana çıxıb-çıxmayacağı tibbi müayinədən sonra bəlli olacaq.